Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Güləşçimiz Sənan Süleymanov İstanbulda beynəlxalq turnirin finalına yüksəlib

Güləşçimiz Sənan Süleymanov İstanbulda beynəlxalq turnirin finalına yüksəlib


İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri davam edir.
BrendSport.az xəbər verir ki, ikinci yarış günündə 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçilərimiz mübarizəyə qoşulublar.
Yarışa dörddəbir finaldan start verən Ülvü Qənizadə (72 kq) türkiyəli həmkarı ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdə minimal fərqlə uduzub.
Sənan Süleymanov (77 kq) ilk mərhələdə hindistanlı rəqibinə heç bir şans tanımayıb. Avropa çempionumuz dörddəbir finalda Qazaxıstan təmsilçisini yolundan kənarlaşdırıb. Yarımfinalda Türkiyə pəhləvanı ilə qarşılaşmadan da qalib ayrılan S.Süleymanov finala vəsiqə qazanıb.
Rafiq Hüseynov (82 kq) da ilk görüşdə Hindistan təmsilçisini çətinlik çəkmədən məğlub edib. Dünya və Avropa çempionumuz Türkiyə idmançısını da üstələyərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında daha bir yerli idmançı ilə qarşılaşmada yenilib.


Facebook-da paylaş

Xəbəri paylaş