“Böyük dəbilqə” turnirinin ikinci günü daha 3 cüdoçumuz tatamiyə çıxacaq
Parisdə start götürən “Böyük dəbilqə” turniri davam edir.
BrendSport.az xəbər verir ki, turnirin ikinci günü daha 3 cüdoçumuz mübarizəyə başlayacaq. Belə ki, Məmmədəli Mehdiyev (90 kq) Rafael Macedo (Braziliya) - Maxime-Gael Ngayap Hambou (Fransa) cütünün qalibi, Zelim Kotsoev (100 kq) polşalı Piotr Kuçera, Uşangi Kokauri (+100 kq) Monako cüdoçusu Marvin Qado ilə ilk qarşılaşmalarını keçirəcəklər.
Qeyd edək ki, komandamızın aktivində hələlik medal yoxdur.
Xatırladaq ki, Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.
Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.
Facebook-da paylaş