“Neftçi”nin qapıçısı Səlahət Ağayev Azərbaycan çempionatında 200-cü oyununu keçirib
Paytaxtın “Neftçi” klubunun qapıçısı Səlahət Ağayev Azərbaycan çempionatında 200-cü oyununu keçirib.
BrendSport.az xəbər verir ki, təcrübəli qapıçı Premyer Liqanın VIII turu çərçivəsində oynanılan “Sabah” – “Sumqayıt” matçında (3:0) yubiley oyununa çıxıb. “Sabah”a qədər MOİK, “Keşlə”, “Sumqayıt” və “Neftçi”nin heyətində də çıxış etmiş qapıçı bu matçlarda 192 top buraxıb.
İlk dəfə 2010-2011-ci il mövsümündə meydana çıxan qapıçı ölkə çempionatında 200 və ya daha çox oyun keçirən 10-cu qapıçı olub.
Bu günə kimi Premyer Liqada Fərhad Vəliyev (282 oyun), Rauf Mehdiyev (271), Cahangir Həsənzadə (268), Anar Nəzirov (260), Nizami Sadıqov (247), Kamran Ağayev (235), Hüseyn Məhəmmədov (227), Nadir Şükürov (219) və Elxan Həsənov (203) bu göstəriciyə imza atıblar.
Facebook-da paylaş