“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Oğuzda keçirilib
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
BrendSport.az xəbər verir ki, bu layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 25-də Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbir Oğuz rayonunun Bucaq kəndində keçirilib. Ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Facebook-da paylaş