AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva növbəti beynəlxalq oyuna təyinat alıb
AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Tobol” (Qazaxıstan) – “Jilina” (Slovakiya) qarşılaşmasının UEFA nümayəndəsi K.Mehtiyeva olacaq.
Görüş avqustun 5-də Nur-Sultan şəhərində təşkil olunacaq.
Facebook-da paylaş