Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib

“Neftçi” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib


“Neftçi” klubların UEFA reytinqində irəliləyib.
BrendSport.az xəbər verir ki, buna Çempionlar Liqasının birinci təsnifat mərhələsinin nəticələri səbəb olub. Tbilisi “Dinamo”suna hər iki oyunda 2:1 hesabı ilə qalib gələn Bakı klubu əmsalını 7,000-yə çatdırıb. Bu, Bakı təmsilçisini Avropanın 151-cisi adına şərik edib.
Bakı klubu HİK (Finlandiya), “Şturm” (Avstriya), “Riqa” (Latviya), “Buduçnost” (Monteneqro), “Zrinski” (Bosniya və Herseqovina) və “Sürix” (İsveçrə) ilə 151-157-ci yerləri bölüşür. “Dinamo” ilə görüşədək 168-ci olan Samir Abasovun yetirmələri 17 pilləlik sıçrayışa nail olublar.
Qeyd edək ki, digər Azərbaycan klublarının mövqeyi dəyişməyib. “Qarabağ” (17,500) 77-ci, “Keşlə” (4,000) 254-cü, “Qəbələ” (3,500) 290-cı, “Sumqayıt”, “Səbail” və “Zirə” (hamısı 2,525) 337-ci sırada qərarlaşıblar.


Facebook-da paylaş

Xəbəri paylaş