Əsas Səhifə > Maraq > “Neftçi” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib
“Neftçi” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib15-07-2021, 21:03 |
“Neftçi” klubların UEFA reytinqində irəliləyib. BrendSport.az xəbər verir ki, buna Çempionlar Liqasının birinci təsnifat mərhələsinin nəticələri səbəb olub. Tbilisi “Dinamo”suna hər iki oyunda 2:1 hesabı ilə qalib gələn Bakı klubu əmsalını 7,000-yə çatdırıb. Bu, Bakı təmsilçisini Avropanın 151-cisi adına şərik edib. Bakı klubu HİK (Finlandiya), “Şturm” (Avstriya), “Riqa” (Latviya), “Buduçnost” (Monteneqro), “Zrinski” (Bosniya və Herseqovina) və “Sürix” (İsveçrə) ilə 151-157-ci yerləri bölüşür. “Dinamo” ilə görüşədək 168-ci olan Samir Abasovun yetirmələri 17 pilləlik sıçrayışa nail olublar. Qeyd edək ki, digər Azərbaycan klublarının mövqeyi dəyişməyib. “Qarabağ” (17,500) 77-ci, “Keşlə” (4,000) 254-cü, “Qəbələ” (3,500) 290-cı, “Sumqayıt”, “Səbail” və “Zirə” (hamısı 2,525) 337-ci sırada qərarlaşıblar. Geri qayıt |