Runi zibil yığır – məhkəmə qərarı
Sərxoş halda avtomobil idarə etdiyi üçün ötən ay saxlanılan “Everton”un hücumçusu Ueyn Runinin ictimai işlərə cəlb edilməsi barədə məhkəmə qərarı dünəndən qüvvəyə minib.
“Daily Mail” nəşrinə istinadən yayılan xəbərə görə, İngiltərə futbolunun canlı əfsanəsi Makklsfilddəki parklardan birində işləyərkən görünüb. O, burada oturacaqları rəngləyir və zibil yığırmış. Ətrafdakı insanların verdiyi xəbərə görə, Runi bu zaman çox kefsiz görünürmüş.
Qəzetin jurnalisti yazıb ki, Runi ictimai işlərə dəyəri 200 min dollar olan “Audi”də gəlib. Onun ayağındakı krossovkanın isə 80 dollar qiyməti var.
Qedy edək ki, sentyabrda məhkəmənin verdiyi qərara əsasən, Runi 100 saat ictimai işlərə cəlb edilib.
Qol.az
Facebook-da paylaş