Teymur Rəcəbov beynəlxalq turnirində növbəti dəfə heç-heçə edib
Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin altıncı turunun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, şahmatçımız Teymur Rəcəbovun almaniyalı Daniel Fridmanla qarşılaşması heç-heçə ilə nəticələnib.
Altı turun nəticəsinə görə, təmsilçimizin aktivində 3,5 xal var. Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.
Facebook-da paylaş