Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Moskvada “Qarabağ” mini-futbol komandasının rəsmi təqdimatı keçirilib



Moskvada “Qarabağ” mini-futbol komandasının rəsmi təqdimatı keçirilib.

BrendSport.az xəbər verir ki, altı il əvvəl yaradılan komandanın tərkibinə Moskvada təhsil alan azərbaycanlı gənclərlə yanaşı, rusiyalılar da daxildir.

Komandanın yaradıcısı və baş məşqçisi Elnur Vəliyevin sözlərinə görə, komandanın yaradılmasında məqsəd Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir. “Biz ötən illər ərzində çətin yol keçmişik. Qələbələrimiz və məğlubiyyətlərimiz, hətta komandamızın dağılması təhlükəsi də olub. Bizə inandığına və dəstəyinə görə “Unicorn Challenge” şirkətinə və onun rəhbərliyinə təşəkkürümü bildirirəm”, - deyə o bildirib.

E.Vəliyev vurğulayıb ki, Rusiyadakı erməni diasporu ona maliyyə vəsaiti müqabilində komandanın adını dəyişməyi təklif edib: “Erməni diasporundan bizimlə əlaqə saxlayaraq komandanın adının dəyişdirilib “Arsax” adlandırılması müqabilində maliyyə vəsaiti təklif etmişdilər. Təbii ki, biz bunu rədd etdik”, - deyə məşqçi qeyd edib.

Futbol klubunun təqdimatında çıxış edən komandanın direktoru Leyla Səmədova komandaya dəstək olan hər kəsə təşəkkürünü bildirib, “Qarabağ”ın ümidləri doğruldacağını vurğulayıb.

Təqdimatdan sonra Rusiya Milli Mini-Futbol Liqasında Qarabağ ilk oyununu “Lebi” komandası ilə keçirib. Oyun 6-6 hesabı ilə başa çatıb.


AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş