Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Məşqçi-müəllimlərə fəxri adlar verildi



Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir qrup məşqçi-müəllim "əməkdar məşqçi" adına layiq görülüb. Onlar arasında taekvondo idman növünün inkişafında böyük əmək sərf edərək əldə etdikləri nəticələri ilə bizləri sevindirən müəllimlərimiz də yer alıb.

ATF-dən verilən məlumata görə, "Neftçi" İ.C-nin taekvondo idman növü üzrə baş məşqçisi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev "fəxri bədən tərbiyəsi və idman işçisi", "Qala" T.K-nun məşqçi-müəllimi Ramil Həsənov və "Mübariz" T.K-nun məşqçi-müəllimi Samir Aydınov "əməkdar məşqçi", böyüklərdən ibarət milli yığma komandanın üzvü Ayxan Tağızadə isə "əməkdar idman ustası" adına layiq görülüb.
Azərbaycan Taekvondo Federasiyası kollektivi olaraq adları qeyd olunan müəllimləri və idmançımızı təbrik edir, işlərində bol-bol uğurlar arzulayırıq!

Alxas Məmmədov






Facebook-da paylaş

Xəbəri paylaş