Reynaldo yenidən "Qarabağ"da
Bu gün "Qarabağ" 2019-cu il öncəsi ilk transferini reallaşdırıb.
BrendSport.az klubun saytına istinadən xəbər verir ki, Reynaldo Silva "Qarabağ"a transfer edilib. Futbolçuyla 2,5 illik müqavilə imzalanıb.
“Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo, 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub.
Fevraldan "Aktobe"də çıxış edən Reynaldonun Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bu ay başa çatmışdı.
Facebook-da paylaş