“Mançester Siti”dən 2.5 milyon avroluq transfer

Son illər böyük məbləğli transferlərini eşitməyə alışdığımız "Mançester Siti" bu dəfə 2,5 milyon avroluq transferlə diqqəti çəkib.
"Şəhərlilər" Hollandiyanın "Zvolle” klubundan Filipp Sandleri heyətinə qatıb. Pep Qvardiolanın komandası mərkəz müdafiəçisi üçün 2,5 milyon avro ödəyib.
Qeyd edək ki, 21 yaşlı Sandler "Ayaks”ın yetirməsidi. O, ötən mövsüm "Zvolle”nin heyətində meydana çıxdığı 27 rəsmi matçda 1 qola imza atıb.
Facebook-da paylaş
