Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mourinyo “Real Madrid”ə qayıtmağa yaxındır



“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real Madrid”in baş məşqçi postuna əsas namizədlərindən biridir. Madrid klubunun prezidenti Florentino Perez 63 yaşlı mütəxəssisi bu yay komandaya qaytarmağı planlaşdırır və prosesə şəxsən nəzarət edir.

BrendSport.az
xəbər verir ki, Mourinyonun keçidi üçün “Real Madrid” “Benfika”ya 3 milyon avroya qədər kompensasiya ödəməli olacaq.

Portuqaliyalı mütəxəssis əvvəl 2010–2013-cü illərdə Madrid klubunda çalışıb və bu müddətdə üç titul qazanıb. O dövrdə “Real Madrid” La Liqa, İspaniya Kuboku və İspaniya Superkubokunu əldə edib. 2011-ci ildə isə Mourinyo FIFA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib.

Məlumata görə, Mourinyo “Real Madrid”də işləməyi cəlbedici variant kimi dəyərləndirir.


Facebook-da paylaş

Xəbəri paylaş