“Sabah” basketbol komandası “Astana”ya qarşı ikinci oyunda qələbə qazandı

“Sabah” basketbol komandası Qazaxıstanın “Astana” klubu ilə keçirdiyi ikinci yoxlama oyununda qalib gəlib.
BrendSport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan qarşılaşma ev sahiblərinin 94:83 hesablı üstünlüyü ilə başa çatıb.
Xatırladaq ki, tərəflər arasında aprelin 4-də keçirilən ilk oyunda “Astana” 110:102 hesabı ilə qalib gəlmişdi.
Facebook-da paylaş





















