Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Joni Montiel oyunlara tam hazır deyil



Qurban Qurbanov bir müddətdir zədəli olan ispaniyalı futbolçu Joni Montielin oyunlara tam hazır olmadığını açıqlayıb.

BrendSport.az
xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

O, hücumameylli yarımmüdafiəçinin məşqlərdə istəkli olduğunu bildirib: "Joni Montiel bir ildən çoxdur futbol oynamayıb. Bu da onun tam hazır olmadığını göstərir. Bütün oyunçular iki-üç məşqdən sonra hazır olduğunu deyir".

Qeyd edək ki, Ağdam klubu Joni Montiel ilə bu mövsümün əvvəlində 2+2 illik müqavilə imzalayıb. O, meydana çıxdığı 7 oyunda 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.


Facebook-da paylaş

Xəbəri paylaş