“Konyaspor”un Bakıdakı futbol məktəbi Türkiyədə keçiriləcək turnirdə iştirak edəcək

“Konyaspor” klubunun Bakıda fəaliyyət göstərən futbol məktəbi Türkiyədə keçiriləcək turnirdə iştirak edəcək.
BrendSport.az xəbər verir ki, komanda bu məqsədlə yarışın təşkil olunacağı Konya şəhərinə yola düşüb.
Futbol məktəbinin təsisçisi Nihad Ələsgərov turnirə 2013-2014-cü il təvəllüdlü uşaqlarla yollandıqlarını bildirib.
Turnirdə ümumilikdə 4 komanda - “Karatay Bələdiyyəspor”, “Səlçuklu Bələdiyyəspor”, “Konyaspor-13”, “Konyaspor”un Bakıdakı futbol məktəbi mübarizə aparacaq.
Facebook-da paylaş





















