Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fransalı tennisçi 20 il müddətinə diskvalifikasiya edilib



Fransalı tennisçi Kenten Folyo danışılmış oyunlarda iştirakına görə 20 il müddətinə diskvalifikasiya olunub.

BrendSport.az
xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) məlumat yayıb.

Agentliyin apardığı araşdırma nəticəsində məlum olub ki, 26 yaşlı tennisçi danışılmış oyun sindikatı adından fəaliyyət göstərən oyunçular şəbəkəsinin əsas fiqurlarından biridir. Tennisdə Korrupsiyaya Qarşı Mübarizə Proqramı üzrə ümumilikdə 27 qanun pozuntu müəyyən edilib.

Bu pozuntulara matç nəticələrinin manipulyasiyası, mərc məqsədi ilə qəsdən zəif oyun göstərilməsi üçün pul qəbul edilməsi, digər tennisçilərə danışılmış oyun təklif olunması, eləcə də sübutların məhv edilməsi daxildir.

Diskvalifikasiya ilə yanaşı, Kenten Folyoya 70 min ABŞ dolları məbləğində cərimə kəsilib və o, korrupsiya fəaliyyətləri nəticəsində əldə olunan 44 mindən ABŞ dollarından çox vəsaiti geri ödəməlidir.


Facebook-da paylaş

Xəbəri paylaş