“Qarabağ” dünya reytinqində 3 pillə geriləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların dünya reytinqini yeniləyib.
BrendSport.az xəbər verir ki, “Qarabağ” yeni açıqlanan siyahıda 3 pillə geriləyib. Ötən reytinqdə 65-ci olan Ağdam təmsilçisi hazırda 68-ci sırada qərarlaşıb.
Azərbaycanın digər klubları - "Sabah" 276-cı yerdən 252-yə, "Zirə" 387-ci sıradan 360-cı pilləyə irəliləyib. 96 sıra geriləyən “Araz-Naxçıvan" isə hazırda 486-cıdır.
Qeyd edək ki, dünya reytinqinə Fransanın PSJ klubu başçılıq edir.
Facebook-da paylaş





















