Braziliyada gənc futbolçu faciəvi şəkildə dünyasını dəyişib

Braziliyanın "Piaui" klubunun gənclər komandasında çıxış edən Antoni İlano avtomobil qəzasında dünyasını dəyişib.
BrendSport.az xəbər verir ki, faciəvi hadisə oktyabrın 20-də baş verib.
İddiaya görə, 20 yaşlı futbolçu motosikleti ilə atasının ad günündən evə qayıdarkən qəflətən yola çıxan inəklə toqquşub və hadisə yerində ölüb.
Qəzanın detalları ilə bağlı araşdırma davam edir.
Qeyd edək ki, Antoni İlano komandasının perspektivli futbolçularından hesab olunurdu.
Facebook-da paylaş
