Manuel Noyer Bundesliqa tarixində rekorda imza atıb

Bundesliqanın 7-ci turunda “Bavariya”nın “Borussiya Dortmund” üzərində qazandığı qələbə (2:1) münxenlilərin qapıçısı Manuel Noyer üçün əlamətdar olub.
BrendSport.az xəbər verir ki, 39 yaşlı qapıçı Bundesliqada ən çox - 363 qələbə qazanan futbolçu kimi Almaniya çempionatında yeni rekorda imza atıb. Bununla da o, keçmiş komanda yoldaşı Tomas Mülleri geridə qoyub. Yayda “Bavariya”dan Kanadanın “Vancouver Whitecaps” klubuna transfer edilərkən hücumçunun aktivində 362 qələbə olub.
Almaniya çempionatında ən çox qələbə qazanan futbolçular arasında sonrakı yerlərdə Oliver Kahn (310), Manfred Kalts (291), Robert Levandovski (274), Mats Hummels (268), Filip Lahm (250), Lotar Matteus (249), Zepp Mayer (249) və Klaudio Pizarro (248) qərarlaşıblar. İlk onluqda “Bavariya”nın doqquz futbolçusu yer alıb.
M.Noyerin klubla müqaviləsi bu mövsümün sonunda başa çatır. Hazırkı müqaviləyə əsasən, onun 2026-cı ilin yayında karyerasını Münxen klubunda başa vurması planlaşdırılsa da, onun daha bir mövsüm oynaya biləcəyini düşünənlər də az deyil.
Facebook-da paylaş
