Avropa Kuboku: “Kür” həndbol klubunun Macarıstan təmsilçisi ilə oyunlarının yerli məlum olub

Son Azərbaycan çempionu “Kür” həndbol komandasının Avropa Kubokunun ikinci təsnifat mərhələsində Macarıstanın “Balatondyured” klubu ilə keçirəcəyi oyunların yeri məlum olub.
BrendSport.az xəbər verir ki, ilk qarşılaşma səfərdə, cavab görüşü isə Bakıda yerləşən “AHF Arena”da təşkil olunacaq.
Birinci görüş oktybarın 11-də, ikinci matç isə 19-da baş tutacaq.
Facebook-da paylaş
