Viktor Osimhen “Qalatasaray”ın “Ayntraxt”la oyunöncəsi son məşqində iştirak etməyib

Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Viktor Osimhenin UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Almaniyada “Ayntraxt”a qarşı keçiriləcək oyunda meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib.
BrendSport.az xəbər verir ki, nigeriyalı hücumçu komandasının matçöncəsi son hazırlıq prosesində iştirak etməyib.
Nigeriya millisinin heyətində aldığı zədədən sonra onun bir müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Türkiyə Superliqasında “Eyüpspor”la matçda forma geyinməyən forvardın “Ayntraxt”la qarşılaşmada oynaması sual altındadır.
Qeyd edək ki, sentyabrın 18-də keçiriləcək “Ayntraxt” - “Qalatasaray” görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Facebook-da paylaş
