Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Belçika səfirliyi Bakıda Formula 1 mövzusunda tədbir keçirəcək



Belçikanın Azərbaycandakı səfirliyi yüksək performanslı idman növləri, texnoloji innovasiyalar və dünyasəviyyəli mühəndisliyə dair hər iki ölkənin ortaq həyəcan və marağını qeyd etmək, Formula 1 dünyasının tanınmış simalarını, həmçinin Belçika və Azərbaycanın biznes icmasının nümayəndələrini bir araya gətirmək üçün tədbir keçirəcək.

BrendSport.az
xəbər verir ki, tədbir sentyabrın 18-də F1 paddokunun tam yaxınlığında baş tutacaq və F1-in yüksəksəviyyəli belçikalı simaların avtoidman və yüksək texnologiya sahəsində qazandıqları təcrübələrini bölüşəcəyi panel müzakirəsi ilə davam edəcək.

Bu tədbir müvafiq sənaye liderləri, sahibkarlar və avtoidman peşəkarları üçün unikal şəbəkələşmə imkanı da yaradacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş