Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub
Norveçli Maqnus Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.
BrendSport.az xəbər verir ki, 33 yaşlı qrossmeyster finalda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.
Karlsen rəqibini böyük üstünlüklə məğlub edib - 23,5:7,5.
Qeyd edək ki, turnirdə son illərin ən gözlənilən görüşlərindən biri də baş tutub. Karlsen yarımfinalda saxtakarlıqda ittiham etdiyi Hans Nimannı (ABŞ) beş xallıq üstünlüklə məğlub edib.
Facebook-da paylaş