Azərbaycanın iki cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib
Beynəlxalq Cüdo Federasiyası Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilmiş mundialdan sonra dünya reytinq cədvəlini yeniləyib.
BrendSport.az xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində dəyişiklik olub.
Nihad Məmişov (55 kiloqram) və Cəsur İbadlı (73 kiloqram) öz çəki dərəcələri üzrə ilk pilləyə yüksəliblər. Onların aktivində müvafiq olaraq 742 və 720 xal var.
Bahadır Feyzullayev 3-cü, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kiloqram) 4-cü, Mehdi Abbasov 3-cü, Əli Qazıməmmədov (81 kiloqram) 10-cu sırada yer alıblar. Azərbaycan cüdoçuları arasında 90 kiloqram çəki dərəcəsində ən yaxşı göstərici isə Sübhan Axundova məxsusdur – 7-ci yer.
Qeyd edək ki, Azərbaycanın 7 cüdoçu ilə təmsil olunduğu dünya çempionatında N.Məmişov və C.İbadlı qızıl, M.Hüsiyev və M.Abbasov isə bürünc medala yiyələniblər.
Facebook-da paylaş