Amerikalı beysbolçu bir oyunda iki komandada çıxış etməklə tarixə düşüb
Amerikalı beysbolçu Denni Censen bir oyunda iki komandada çıxış etməklə tarixə düşüb.
BrendSport.az xəbər verir ki, "Boston Red Soks" klubunun üzvü olan 29 yaşlı idmançı iyunun 26-da ABŞ-nin əsas çempionatı olan MLB-də "Toronto Blu Ceys"in heyətində hazırkı komandasına qarşı meydana çıxıb.
Lakin yarımçıq dayandırılan qarşılaşmanın qalan hissəsinin bu günə təxirə salınması qərara alınıb. İyulun 27-də "Boston Red Soks"a transfer olunan beysbolçu bu gün sabiq komandası "Toronto Blu Ceys"ə qarşı matça çıxıb. Bu isə peşəkar idman tarixində ilk olub.
Qeyd edək ki, "Boston Red Soks" və "Toronto Blu Ceys" arasında keçirilən final matçı Toronto təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Facebook-da paylaş