Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mariya Stadnik: İndi başqa bir tarix yazmağın vaxtıdır



İndi başqa bir tarix yazmağın vaxtıdır.

BrendSport.az
xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışından sonra şəxsi instaqram hesabında paylaşıb.

Təcrübəli idmançı karyerasını bitirə biləcəyinə işarə verib:

"Mənim idman tarixim artıq yazılıb - 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.


Facebook-da paylaş

Xəbəri paylaş