Amerikalı UFC döyüşçüsü silahlı hücuma məruz qalıb
Amerikalı UFC döyüşçüsü Ramon Taveras silahlı hücuma məruz qalıb.
BrendSport.az xəbər verir ki, idmançı bir qrup silahlı şəxsin ona evinin yaxınlığında atəş açdıqlarını bildirib.
Qapı kamerasının lentə aldığı hadisənin görüntülərini sosial şəbəkədə paylaşan dörd uşaq atası bu səbəbdən yaşadığı yeri tərk etmək qərarına gəlib.
2019-cu ildə qardaşını da məhz atışma səbəbindən itirmiş amerikalı döyüşçü artıq hadisə barəsində yerli polis orqanına məlumat verib.
Qeyd edək ki, idmançı UFC-də debütünü bu ilin yanvar ayında həyata keçirib.
Facebook-da paylaş