Azərbaycanı avrokuboklarda təmsil edəcək komanda 9 həndbolçu ilə müqaviləni yeniləyib
Azərbaycanı yeni mövsümdə avrokuboklarda təmsil edəcək qadınlardan ibarət “Kür” komandası doqquz həndbolçu ilə müqaviləni yeniləyib.
BrendSport.az xəbər verir ki, Mingəçevir klubu Səkinə Musayeva, Bəsti Səfərli, Sabina Smagina, Anastasiya Kokoriç, Militsa Stamatoviç, Anamariya Quqiç, Məryəm Məmmədxanova, Bahar Bıkova və Diana Rəsulova ilə 1 illik yeni sözləşmə imzalayıb.
Komanda daha əvvəl isə Ahamefula Çinemerem Qreys, Aytən Eminova, İrina Pançenko, Alla Çernışkova, Kristine Javaxiya və Nəzrin Quliyeva ilə əməkdaşlığa son qoyub.
Qeyd edək ki, Avropa Kubokuna ikinci mərhələdən qoşulacaq “Kür” Yunanıstanın OFN komandası ilə qarşılaşacaq. Bu raundun ilk oyunları oktyabrın 5-6-da, cavab matçları isə 12-13-də keçiriləcək.
Facebook-da paylaş