Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avro-2024-ün ən sürətli oyunçuları açıqlanıb



UEFA Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında ən sürətli futbolçuların adlarını açıqlayıb.

BrendSport.az
xəbər verir ki, siyahıya 36,5 kilometr/saat sürətlə Fransa millisinin hücumçusu Kilian Mbappe başçılıq edir. İkinci sırada (36 kilometr/saat) İspaniya yığmasının forvardı Ferran Torres qərarlaşıb. İlk “üçlüy”ü isə Sloveniya komandasının üzvü Benjamin Şeşko (35,9 kilometr/saat) tamamlayıb.

Sloveniya millisi turnirlə vidalaşıb. İspaniya və Fransa yığmaları isə yarımfinalda üz-üzə gələcəklər.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş