Üçüncü Dünya “Ədalətli Oyun” fotomüsabiqəsinə start verilib
Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) Ədalətli Oyunlar Komissiyası üçüncü Dünya “Ədalətli Oyun” fotomüsabiqəsinə start verib.
BrendSport.az xəbər verir ki, müsabiqə üçün şəkillər 2024-cü il dekabrın 31-dək qəbul ediləcək. Müsabiqədə həvəskar və peşəkar fotoqraflar “Ədalətli Oyun” mövzusunda fotolarını təqdim etməlidirlər. Əvvəllər nəşr olunan və ya nümayiş etdirilən, müsabiqəyə verilən fotoşəkillər qəbul olunmayacaq.
Təqdim olunan fotolar iştirakçının özünə aid olmalıdır. Tamamilə və ya qismən digər mənbələrdən olan şəkillərin istifadəsi zamanı müəllif hüquqlarının pozulması halları ilə əlaqədar hüquqi məsələlər üzrə məsuliyyəti iştirakçı daşıyacaq.
Şəkil müsabiqəyə təqdim edilərkən iştirakçı və ya təmsil etdiyi qurum barədə məlumat (ad soyad, telefon və e-mail) qeyd olunmalıdır.
Qaliblər 2025-ci il fevralın 16-da Türkiyə Olimpiya Komitəsinin rəsmi saytı vasitəsilə (www.olimpiyat.org) elan olunacaq.
İlk 5 yerin sahibləri “Ədalətli Oyunlar” lövhəsi, iştirak sertifikatı və pul mükafatı ilə təltif ediləcəklər. Bundan başqa, münsiflər heyəti tərəfindən təyin ediləcək 30 şəkil TOK 3-cü Dünya "Ədalətli Oyunlar" fotomüsabiqəsinin albomunda dərc olunacaq.
Fotolar dekabrın 31-dək müsabiqə katibliyinin e-mail ünvanına (info@olimpiyat.org.tr) təqdim edilməlidir.
Facebook-da paylaş