Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinin seçmə mərhələnin oyunları üçün heyəti bəlli olub



Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

BrendSport.az
xəbər verir ki, yığmaya 24 futbolçu dəvət olunub. Komanda bu gündən iyulun 7-dək Bakıda gündə iki dəfə olmaqla məşqlər keçəcək. İyulun 8-də matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlanılacaq.

Toplanışa dəvət olunan futbolçuların siyahısı

1.Aytac Şərifova – “Trabzonspor”, (Türkiyə)

2.Nərgiz Əliyeva - “KDZ Eregli Spor”, (Türkiyə)

3. Günay İsmayılova – “Neftçi”

4. Mehriban Şahməmmədova – “Neftçi”

5. Nigar Mirzəliyeva - “Zenit”, (Rusiya)

6. Nərgiz Hacıyeva – “Aktobe”, (Qazaxıstan)

7. Manə Mollayeva - “Neftçi”

8. Ayşən Əhmədova – “Krılya Sovetov”, (Rusiya)

9. Alina Dorofeyeva – “Yenisey”, (Rusiya)

10. Diana Məmmədova – “Yenisey”, (Rusiya)

11. Fidan Cəfərova - “Baku Juniors”

12. Vüsalə Hacıyeva “Amedspor”, (Türkiyə)

13. Kamilla Məmmədova - “Okjetpes” (Qazaxıstan)

14. Firəngiz Teymurova - “Neftçi”

15. Jalə Məhsimova - “Bəylərbəyi Spor”, (Türkiyə)

16.Yeliz Acar – “Fatih Vətən”, (Türkiyə)

17. Peritan Bozdağ – “Fatih Vətən”, (Türkiyə)

18. Esra Manya – “Beşiktaş”, (Türkiyə)

19. Kristina Bakarandze – “Qalatasaray”, (Türkiyə)

20. Coşqunə Əliyeva –“Neftçi”

21. Sevinc Cəfərzadə - “Eastern Fleyms”, (Səudiyyə Ərəbistanı)

22. Milana Rəhimova – “Neftçi”

23. Nazlıcan Parlak - “Qalatasaray”, (Türkiyə)

24. Vüsalə Seyfəddinova –“ Olimpiada Imittou”, (Yunanıstan)

Qeyd edək ki, Azərbaycan millisi iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.


Facebook-da paylaş

Xəbəri paylaş