Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanı “Asiya uşaqları” Oyunlarında təmsil edəcək cüdoçular bəlli olub



Azərbaycanın yeniyetmə cüdoçuları Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” Oyunlarında iştirak edəcəklər.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisi yarışda 11 çəki dərəcəsində 5 qız və 6 oğlan cüdoçu ilə təmsil olunacaq.

Qızlar arasında Gülşən Hüseynova (40 kiloqram), Gülgəz Musayeva (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Səmayə Yusiflı (52 kiloqram) və Fidan Cəlilli (63 kiloqram) mübarizə aparacaqlar. Oğlanların yarışında isə Anar Quliyev (46 kiloqram), Məhəmməd Rüstəmli (50 kiloqram), İlkin Qarayev (55 kiloqram), Özqan Quliyev (60 kiloqram), Əli Hümbətli (66 kiloqram) və Amin Mehdiyev (73 kiloqram) qüvvəsini sınayacaq.

“Asiya uşaqları” Oyunlarında cüdo yarışları iyunun 30-dan iyulun 2-dək keçiriləcək.

Qeyd edək ki, Oyunlarda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alacaq.



Facebook-da paylaş

Xəbəri paylaş