Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanı “Asiya Uşaqları” Oyunlarında təmsil edəcək güləşçilər bəlli olub



İyunun 26-da Rusiyanın Yakutsk şəhərində “Asiya Uşaqları” Oyunlarına start veriləcək.

BrendSport.az
xəbər verir ki, Oyunlar çərçivəsində iyunun 28-dən iyulun 2-dək güləş yarışları keçiriləcək. Yarışda Azərbaycanı U-15 milli komandasının üzvləri təmsil edəcəklər.

3000 tamaşaçı tutumlu “Triumf” İdman Mərkəzində keçiriləcək yarışda sərbəst güləşdə Hüseyn Rzazadə (38 kiloqram), Tamerlan Namazlı (41 kiloqram), Rəşid Nazarov (52 kiloqram) Həsən Həsənov (62 kiloqram) və Nihad Süleymanlı (75 kiloqram), qadın güləşində Gülnar Ağadadaşova (39 kiloqram), Rəna Nuriyeva (54 kiloqram) və Simurə Abdullayeva (62 kiloqram), yunan-Roma güləşində isə Yusif Mirzəyev (38 kiloqram), Qurban Məcnunov (44 kiloqram), Eldəniz Allahverdiyev (52 kiloqram) və Yaşar Məmmədov (75 kiloqram) uğur qazanmağa çalışacaqlar.

“Asiya Uşaqları” Oyunlarında I dərəcəli beynəlxalq hakim Bəşir İsazadə ədaləti qoruyacaq.


Facebook-da paylaş

Xəbəri paylaş