Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək



Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Rusiyanın Yakutiya şəhərində keçirilən “Asiya Uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında iştirak edəcək.

BrendSport.az
xəbər verir ki, yığmanın məşqçisi Teymur Məmmədov yarışda 8 idmançıya şans verəcək.

“Asiya Uşaqları” Oyunlarında rinqə Nihat Qasımov (48 kiloqram), İmran Axundov (50 kiloqram), Bağır Əmirxanlı (52 kiloqram), Haqverdi Həsənov (57 kiloqram), Nurlan Abışov (60 kiloqram), İslam Tağıyev (63 kiloqram), Valeh Eyvazlı (66 kiloqram) və Məhəmməd Cəfərov (+80 kiloqram) çıxacaqlar.

Turnirdə beynəlxalq dərəcəli hakim Anar Nağdiyev ədaləti qoruyacaq.

Qeyd edək ki, Yakutiyada boks yarışları iyunun 29-dan iyulun 5-dək keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş