Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avro-2024-də italiyalı baş məşqçilərin hegemonluğu



İki gün sonra start götürəcək futbol üzrə Avropa çempionatında mübarizə aparacaq 24 milli komandadan 5-nin baş məşqçisi italiyalıdır.

BrendSport.az
xəbər verir ki, qitə turnirində Almaniya, İspaniya və Fransadan iki, İngiltərə, Xorvatiya, Sloveniya, Şotlandiya, Danimarka, Serbiya, İsveçrə, Rumıniya, Niderland, Ukrayna, Braziliya, Polşa və Çexiyadan isə hərəyə bir baş məşqçi uğur qazanmağa çalışacaq.

Türkiyə, Macarıstan, Slovakiya və Belçikanı italiyalı baş məşqçilər çalışdırır. Bu yığmalara müvafiq olaraq, Vinçentso Montella, Marko Rossi, Françesko Kaltsona və Domeniko Tedesko rəhbərlik edir. Fransalı Vili Sanyol Gürcüstanın, almaniyalı Ralf Ranqnik Avstriyanın, braziliyalı Silvinyo Albaniyanın, ispaniyalı Roberto Martines isə Portuqaliyanın sükanı arxasındadır.

Avropalı olmayan yeganə çalışdırıcı

Turnirdə mübarizə aparacaq 24 komandadan yalnız birinə Avropadan olmayan baş məşqçi rəhbərlik edir. Təxminən 1,5 ildir Albaniya kollektivini çalışdıran braziliyalı Silvinyo Avro-2024-də avropalı olmayan yeganə çalışdırıcıdır.

Ən gənc və ən yaşlı baş məşqçilər

Avropa çempionatında uğur qazanmağa çalışacaq baş məşqçilər arasında ən gənci almaniyalı Yulian Naqelsmann (36), ən yaşlısı isə avstriyalı Ralf Ranqnikdir (65). Almaniya millisinin baş məşqçisi Y. Naqelsmannı Belçika seçməsinin 38 yaşlı italiyalı çalışdırıcısı Domeniko Tedesko izləyir. Avro-2024-də həmkarları arasında ən çox həyat təcrübəsi olan Avstriyanın 1958-ci il təvəllüdlü və turnir zamanı 66 yaşı olacaq almaniyalı baş məşqçisi Ranqnikdir. Ondan sonra ən yaşlı baş məşqçi adına 1959-cu ildə anadan olan italiyalı Luçiano Spaletti sahib çıxır.

Milli komandalarda ən çox uğur qazanan mütəxəssis

Avro-2024-də çıxış edəcək ölkələrin baş məşqçiləri arasında milli komandalarda ən çox uğur qazanan Didye Deşamdır. 12 ildir Fransa yığmasına rəhbərlik edən 55 yaşlı çalışdırıcı dünya çempionatı və UEFA Millətlər Liqasının qalibi olub. Milli komanda ilə titul qazanan digər baş məşqçi isə UEFA Millətlər Liqasında İspaniya seçməsini çempion edən Luis de la Fuentedir.

Avro-2024-ün baş məşqçiləri

Almaniya - Yulian Nagelsmann (36 yaş)

İngiltərə - Qaret Sautgeyt (53 yaş)

Türkiyə - Vinçentso Montella (50 yaş)

Fransa - Didye Deşam (55 yaş)

Xorvatiya - Zlatko Daliç (57 yaş)

Macarıstan - Marko Rossi (59 yaş)

Sloveniya - Matyaj Kek (62 yaş)

Şotlandiya - Stiv Klark (60 yaş)

Danimarka - Kasper Hyulmand (52 yaş)

Gürcüstan - Vili Sanyol (47 yaş)

Serbiya - Draqan Stoykoviç (59 yaş)

İsveçrə - Murat Yakın (49 yaş)

Rumıniya - Eduard Yordanesku (45 yaş)

Avstriya - Ralf Ranqnik (65 yaş)

Slovakiya - Françesko Kaltsano (55 yaş)

İspaniya - Luis de la Fuente (62 yaş)

Niderland - Ronald Kuman (61 yaş)

Albaniya - Silvinyo (50 yaş)

Portuqaliya - Roberto Martines (50 yaş)

Belçika - Domeniko Tedesko (38 yaş)

Ukrayna - Sergey Rebrov (49 yaş)

İtaliya - Luçano Spaletti (65 yaş)

Çexiya - İvan Haşek (60 yaş)

Polşa - Mixal Probej (51 yaş)


Facebook-da paylaş

Xəbəri paylaş