“Qalatasaray” baş məşqçisi ilə müqaviləni uzadıb
Türkiyənin “Qalatasaray” komandası baş məşqçi Okan Burukla müqavilənin müddətini uzadıb.
BrendSport.az xəbər verir ki, 50 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.
Anlaşmaya əsasən, çalışdırıcı İstanbul təmsilçisindən illik 70 milyon Türkiyə lirəsi qazanacaq.
Qeyd edək ki, “Qalatasaray” Okan Burukun rəhbərliyi altında ötən mövsüm Türkiyə Superliqasının qalibi olub.
Facebook-da paylaş