Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionatı: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar



Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında keçirilən dünya çempionatında daha iki turun partiyaları oynanılıb.

BrendSport.az
xəbər verir ki, V turda Azərbaycan təmsilçilərindən Nərmin Abdinova qara fiqurlarla hindistanlı Divya Deşmuka, Ayan Allahverdiyeva isveçrəli Sofiya Xrizlovaya qalib gəlib. Ağ fiqurlarla oynayan Səbinə Rzalı Hindistanın digər təmsilçisi Patil Baqyaşri ilə heç-heçəyə razılaşıb.

VI turda isə şahmatçılarımızın hər biri Hindistandan olan iti zəka sahibləri ilə qarşılaşıblar. Ağ fiqurlarda mübarizə aparan Nərmin Abdinova Rindhiya Veni təslim olmağa məcbur edib. Ayan Allahverdiyeva ağ fiqurlarla Divya Deşmuka, Səbinə Rzalı qara fiqurlarla Dakşita Kumavata məğlub olub.

Bu nəticələrdən sonra liderdən cəmi 0,5 xal geri qalan Nərmin Abdinova (5 xal) 2-3, A.Allahverdiyeva 4,5 xalla 5-10-cu yerləri bölüşdürür. Aktivində 3 xal olan S.Rzalı isə 53-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.


Facebook-da paylaş

Xəbəri paylaş