Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi 1/4 finalda mübarizəni dayandırıb
![](/uploads/posts/2024-06/medium/1717697769_17176929159237497_1200x630.jpeg)
Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.
BrendSport.az xəbər verir ki, 1/4 finalda Qazaxıstanla qarşılaşan yığma məğlub olub. Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan rəqib (7:6) yarımfinala çıxıb.
Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstana qalib gəlib – 3:1.
Facebook-da paylaş
![](http://tedbirler.az/ted1-660.gif)