Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın sərbəst güləşçisi reytinq turnirində finala vəsiqə qazanıb



Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala yüksəlib.

BrendSport.az
xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Rızabek Aitmuxanla qarşılaşıb. Rəqibinə 15:7 hesabı ilə qalib gələn M.Maqomedov adını finala yazdırıb.

O, qızıl medal qarşılaşmasında Qazaxıstanın digər təmsilçisi Alışer Yerqalı ilə üz-üzə gələcək.

Əliabbas Rzazadə (57 kiloqram) və Hacı Əliyev (65 kiloqram) yarımfinalda uduzublar. Onlar 3-cü yer uğrunda görüşlərdə müvafiq olaraq, qırğızıstanlı Almaz Smanbekov və meksikalı Austin Qomeslə qarşılaşacaqlar.

Digər güləşçimiz Giorgi Meşvildişvili (125 kiloqram) isə zədələndiyi üçün 1/4 final görüşünə çıxmayıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.


Facebook-da paylaş

Xəbəri paylaş