Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kriştiano Ronaldo kuboksuz mövsümü karyerasının ən yaxşısı adlandırıb



Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo karyerasının ən yaxşı mövsümünü açıqlayıb.

BrendSport.az
xəbər verir ki, 39 yaşlı hücumçu hazırkı komandasında keçirdiyi 2023-2024-cü illər mövsümünü ən yaxşı adlandırıb.

Ulduz oyunçu mövsümü kuboksuz başa vurmağına baxmayaraq, xoşbəxt olduğunu bildirib: “Bu mövsüm əldə etdiyim nəticələr mənim üçün çox şey ifadə edir. Qol və məhsuldar ötürmə baxımından karyeramın ən yaxşı mövsümlərindəndir. Əldə etdiyim nailiyyətlər mənim işimə qarşı göstərdiyim məsuliyyətin göstəricisidir. Mövsüm başlamazdan əvvəl özümdən belə çıxış gözləmirdim, amma zaman keçdikcə özümü yaxşı tərəfdən göstərə biləcəyimin mümkün olduğunu anladım. Fərdi rekordlarımı komanda yoldaşlarıma borcluyam. Onlar olmasaydı, bu, baş verməzdi. Qollarımın sayına görə çempionat rekordunu qırmağı bacardığım üçün özümlə fəxr edirəm. Bu, məni daha da irəliləməyə və məşq etməyə həvəsləndirir”.

Portuqaliyalı forvard gələcəkdə də eyni Ronaldo olaraq qalmaq istədiyini söyləyib: “Sadəcə səy göstərmək lazımdır. O zaman titullar gələcək. “Əl-Nəsr”in və Portuqaliya millisinin xeyrinə çalışıram. Səviyyəmi qoruyub saxlamaq niyyətindəyəm”.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm 31 matçda 35 qol vuraraq Səudiyyə Ərəbistanı Liqasının bombardiri adını qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş