Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Balkan çempionatında iştirak edəcək Azərbaycan atletləri bəlli olub



Türkiyənin İzmir şəhərində keçiriləcək 77-ci Balkan çempionatında iştirak edəcək Azərbaycan atletləri bəlli olub.

BrendSport.az
xəbər verir ki, mayın 25-26-da təşkil ediləcək turnirdə milli komanda 7 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində Yekaterina Sarıyeva, Rüstəm Məmmədov (hər ikisi üç təkanla tullanma), Fəridə Rzayeva (100 metr və 200 metr məsafəyə qaçış), Bəxtiyar Əsgərli (800 metr və 1500 metr məsafəyə qaçış), Nazim Babayev, Kəsgin Abbaszadə (uzunluğa tullanma) və İsmayıl Əliyevdir (nüvə itələmə və lövhə atma) qüvvəsini sınayacaq.

Yarış “Paris-2024” Yay Olimpiya Oyunları və İtaliyanın paytaxtı Romadakı Avropa çempionatına lisenziya xarakteri daşıyır.


Facebook-da paylaş

Xəbəri paylaş