Gənclər arasında Avropa birinciliyi: Azərbaycanın iki boksçusu yarımfinala yüksəlib
Azərbaycanın iki boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində yarımfinala yüksəlib.
BrendSport.az xəbər verir ki, Bilalhəbaşi Nəzərov (48 kiloqram) irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəzərov yarımfinalda Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gələcək.
Ömər Aslanlı (54 kiloqram) da komanda yoldaşının uğurunu təkrarlayıb. Turner Cozef Ceymslə (İngiltərə) qarşılaşan idmançı 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda Atanas Dinkovu (Bolqarıstan) sınağa çəkəcək.
Azərbaycan boksçuları yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər. Bu mərhələnin görüşləri aprelin 12-də olacaq.
Facebook-da paylaş