“Trabzonspor” – “Fənərbağça” oyunu ilə bağlı cəzalar açıqlanıb
Türkiyə Superliqasının XXX turunun “Trabzonspor” - “Fənərbağça” oyununda yaşanan qalmaqalla bağlı yekun qərar verilib.
BrendSport.az xəbər verir ki, İntizam Komitəsi hər iki klubu cəzalandırıb.
Qərara əsasən, meydan sahibləri növbəti 6 ev oyununu azarkeşsiz keçirəcək. Həmçinin, “bordo-mavililər”in məşqçisi Egemen Korkmaz bir qarşılaşmada texniki zonada yer almayacaq.
“Fənərbağça”da isə Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyun cəza alıb.
Qeyd edək ki, “Fənərbağça”nın 3:2 hesabı ilə qalib gəldiyi matçdan sonra meydana daxil olan azarkeşlər İstanbul klubunun üzvlərinə hücum çəkmişdi. Nəticədə meydanda kütləvi dava baş vermişdi.
Facebook-da paylaş