Əsas Səhifə > Maraq > “Trabzonspor” – “Fənərbağça” oyunu ilə bağlı cəzalar açıqlanıb
“Trabzonspor” – “Fənərbağça” oyunu ilə bağlı cəzalar açıqlanıb3-04-2024, 18:00 |
Türkiyə Superliqasının XXX turunun “Trabzonspor” - “Fənərbağça” oyununda yaşanan qalmaqalla bağlı yekun qərar verilib. BrendSport.az xəbər verir ki, İntizam Komitəsi hər iki klubu cəzalandırıb. Qərara əsasən, meydan sahibləri növbəti 6 ev oyununu azarkeşsiz keçirəcək. Həmçinin, “bordo-mavililər”in məşqçisi Egemen Korkmaz bir qarşılaşmada texniki zonada yer almayacaq. “Fənərbağça”da isə Ceyden Ostervolde və İrfan Can Eğribayat bir oyun cəza alıb. Qeyd edək ki, “Fənərbağça”nın 3:2 hesabı ilə qalib gəldiyi matçdan sonra meydana daxil olan azarkeşlər İstanbul klubunun üzvlərinə hücum çəkmişdi. Nəticədə meydanda kütləvi dava baş vermişdi. Geri qayıt |