"Qalatasaray"ın Superliqa oyununun vaxtı dəyişdirilib
Türkiyə Superliqasının XXIX turunda keçirilməsi planlaşdırılan "Qalatasaray" - "Rizəspor" oyununun vaxtı dəyişdirilib.
BrendSport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Buna "sarı-qırmızılar"ın Avropa Liqasında mübarizəni dayandırması səbəb olub. Martın 10-da, Bakı vaxtı ilə saat 17:00-da start götürməli olan qarşılaşma martın 8-də, saat 21:00-da başlayacaq.
Bundan əlavə, "İstanbulspor" - "Kasımpaşa" dueli martın 8-dən 10-na keçirilib. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin edilib.
Facebook-da paylaş