Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Luka Modriç Mahir Emrelinin çıxış etdiyi klubdan təklif alıb



İspaniyanın "Real" klubunun xorvatiyalı ulduz futbolçusu Luka Modriç karyerasını ölkəsində davam etdirə bilər.

BrendSport.az
xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi "Dinamo"dan təklif alıb.

Zaqreb təmsilçisinin prezidenti Mirko Barişiç oyunçu ilə əlaqə saxlayıb. Lakin Modriç hələlik transferə razılıq verməyib.

Qeyd edək ki, "Dinamo"nun yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib. 2018-ci ildə "Qızıl top"u qazanan yarımmüdafiəçinin "Real"la müqaviləsinin müddəti yayda başa çatacaq.

Zaqreb klubunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.


Facebook-da paylaş

Xəbəri paylaş