Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



IJF Akademiyasının proqramını bitirən azərbaycanlı məşqçilərə sertifikat təqdim olunub



Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının Bakıda təşkil olunmuş məşqçi sertifikat proqramına yekun vurulub.

BrendSport.az
xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) idman zalında keçirilən tədbirdə proqramı bitirən məşqçilərə sertifikatlar təqdim olunub.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, MOK-un vitse-prezidenti Zemfira Meftahətdinova, baş katibi Azər Əliyev, IJF Akademiyasının direktoru Envik Qalea, ACF rəsmiləri və cüdoçular iştirak ediblər.

Fərid Qayıbov bu cür seminarların təşkilinin məşqçilər üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Rəşad Nəbiyev isə Azərbaycan Cüdo Federasiyasının son illər ərzində məşqçilərin beynəlxalq standartlara uyğun kurslarda iştirakı və federasiyanın ümumi aktivliyi haqqında məlumat verərək belə tədbirlərin önəmini vurğulayıb.

Azər Əliyev Azərbaycanda cüdo idman növünün inkişafı baxımından bu cür kursların keçirilməsini yüksək qiymətləndirib.

BCF Akademiyasının direktoru Envik Qalea isə sertifikat alan bütün məşqçilərə uğurlar arzulayıb.

Proqramı uğurla başa vuran məşqçilərə sertifikatları R.Nəbiyev, F.Qayıbov, Z.Meftahətdinova, A.Əliyev, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və Akademiyanın direktoru Envik Qalea təqdim ediblər.

Xatırladaq ki, ötən il də Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyinin dəstəyi ilə 80 məşqçi eyni tipli kurslarda iştirak edib.

Kurslara Azərbaycanın müxtəlif bölgələrindən (63) və başqa ölkələrdən məşqçilər qatılıblar. Kursları həyata keçirmək üçün Beynəlxalq Cüdo Federasiyasının Akademiyasından 10 xarici ekspert ölkəmizə səfər edib.

Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi və Beynəlxalq Cüdo Federasiyasının dəstəyi, həmçinin Milli Olimpiya Komitəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilib.


Facebook-da paylaş

Xəbəri paylaş