Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın rəqibini “Arsenal”la nə bağlayır?



“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq.

BrendSport.az
xəbər verir ki, ölkəsinin köklü klublarından olan Braqa təmsilçisi 1921-ci ildə yaradılıb. Komandanın “arxiyepiskoplar”, “arsenalistlər” kimi ləqəbləri var.

Xüsusilə ikinci ad maraqlı tarixçəyə malikdir. Klub 2003-cü ildən ev oyunlarına İngiltərə “Arsenal”ının formasının rənglərində olan geyim dəstləri ilə çıxdığı üçün azarkeşlər doğma komandalarını “arsenalistlər” adlandırırlar.

Braqa şəhərini təmsil edən klub rəqiblərini 30 286 azarkeş tutumuna malik “Eştadiu Munisipal de Braqa” stadionunda qəbul edir. Ölkə çempionatında əzəli rəqibləri “Vitoriya Gimaraynş”dır. Komandanın yerli liqada ən böyük uğuru 2009-2010-cu illər mövsümündə qazandığı gümüş medallardır.

Braqalılar 1965–1966-cı, 2015–2016-cı, 2020–2021-ci illər mövsümündə Portuqaliya Kubokunu, 2012–2013-cü, 2019–2020-ci illər mövsümündə Liqa Kubokunu, 1982-ci və 1998-ci ildə isə Superkuboku qazanıblar. Avrokuboklarda ilk dəfə 1966-1967-ci illər mövsümündə debüt edən komandanın yeganə uğuru 2008-ci ildə İntertoto Kubokunun qalibi olmasıdır. 2010-2011-ci illər mövsümündə Avropa Liqasının finalınadək irəliləyən “Braqa” həlledici matçda “Portu”ya uduzub.

Hazırda komandanı 51 yaşlı portuqaliyalı Artur Jorje çalışdırır. O, ötən ilin yayından “Braqa”ya rəhbərlik edir. Komanda onun rəhbərliyi altında son mövsümdə çempionatı üçüncü sırada bitirərək Çempionlar Liqasında oynamaq hüququ qazanıb. İspaniyanın “Real Madrid”, İtaliyanın “Napoli” və Almaniyanın “Union” klubları ilə eyni qrupda mübarizə aparan “Braqa” 4 xalla 3-cü yeri tutub və Avropa Liqasının pley-off mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş